Azərbaycanla Monteneqro arasında yeni saziş təsdiq olundu


Digərləri 12 İyl 2019 13:27:00 198 0

Azərbaycanla Monteneqro arasında yeni saziş təsdiq olundu

Azərbaycanla Monteneqro arasında yeni saziş Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanla Monteneqro arasında yeni saziş Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib. Qeyd olunub ki, yeni saziş iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək. Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq təsdiq edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin