Hər bir vətəndaş ictimai və dövlət maraqlarının müdafiəsinə çalışmalıdır


Digərləri 12 İyl 2019 12:19:44 58 0

Hər bir vətəndaş ictimai və dövlət maraqlarının müdafiəsinə çalışmalıdır

İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir.

Bakı. Samir Əli - İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var. Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yanaşı, yeni yanaşma tələb edir. Radikal qruplaşmanın din pərdəsi altında Nardaran təxribatı, boşa çıxan cəhd Bir müddət əvvəl Azərbaycanda bəzi qüvvələr müəyyən anti-Azərbaycan dairələrinin sifarişi ilə ölkədə ictimai sabitliyi pozmağa, dövlət maraqlarına qarşı çıxmağa cəhd göstərsə də buna nail ola bilmədilər. Xüsusi sifarişlə təlimatlanan bu cür şəxslər Azərbaycandakı sabitlikdən, dinamik və sürətli inkişafdan qıcıqlanaraq ölkədə sabitliyi pozmağa, əhali arasında panikqa yaratmağa cəhd etsələr də, dövlətin və vətəndaşların sayıqlığı nəticəsində onların iç üzü ortaya çıxdı. Ölkədə sabitliyə və inkişafa mane olmağa imkanları çatmayan həmin şəxslər radikallığa meyllənməklə bu yolla nəyəsə nail olmağa cəhd etdilər. Amma, bu cəhdləri boşa çıxdı. 2016-cı il noyabrın 16-da Sabunçu rayonunun Nardaran qəsəbəsində dini radikal qruplaşmanın qəsəbəni zəbt edərək dövlət məmurlarına qarşı çıxması yəqin ki hamının yadındadır. Həmin vaxt 27 nəfərdən ibarət radikal qrup Nardaran qəsəbəsini mühasirəyə alaraq vətəndaşları bir-bir dini radikalizmə sürükləmək istədi. Hətta həmin şəxslər məsələyə müdaxilə edən hüquq-mühafizə orqanlarına atəş açmaqdan, 2 polis əməkdaşını qətlə yetirməkdən də çəknmədilər. Hüquq-mühafizə orqanları əməkdaşlarının sayıqlığı nəticəsində bu təxribatın qarşısı alındı, 27 nəfərlik radikal dini qruplaşma zərərsizləşdirildi. Həmin vaxt zərərsizləşdirilən radikal qruplaşma üzvlərinin bir qrup tərəfdaşı Nardaran sakinləri arasında anti-Azərbaycan təbliğatı aparmaqla xalqı dövlətdən narazı salmağa, ara qarışdırmağa, Nardaranda xaos yaratmağa cəhd etdi. Həmin vaxt bu qruplaşma xarici havadarlarının dəstəyi ilə aranı qarışdırmağa, zərərsizləşdirilən qruplaşma üzvlərini isə dinc Nardaran sakini adlandırmaq istədilər. Amma araşdırmalar zamanı məlum oldu ki, radikal qruplaşmanın rəhbəri Taleh Bağırov İsmayıllı rayon sakinidir və bu şəxs xarici qüvvələrin sifarişi ilə Nardaranda dini dövlət yaratmaq üçün hazırlıqlar aparır. Cəhdləri boşa çıxan qruplaşmanın istintaqdan kənarda qalan üzvləri 27 nəfərlik dəstə yaxalanandan sonra Nardarandakı problemləri qabartmaqla özlərinə haqq qazandırmağa başladılar. Amma bu cəhdləri də dərhal boşa çıxdı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nardaran qəsəbəsində əsaslı yenidənqurma işləri başlandı və qısa müddətdə nardaran tanınmaz dərəcədə dəyişdi. Yəni, nardaranlıların heç bir sosial problemi qalmadı. Yeni yollar, müasir obyektlər inşa olunaraq əhalinin istifadəsinə verildi, Nardaran sakinlərinin 10 milyon manatlarla kommunal borcları silindi, qəsəbənin bütün abonentlərinə müasir tipli işıq, qaz və su sayğacları quraşdırıldı. Dövlət başçısı bu addımı ilə bir daha sübut etdi ki, heç bir radikal qruplaşma Azərbaycanda sabitliyi poza bilməz, əhalinin sosial rifahını əlində “bayraq” edib xalqı deövlətdən narazı sala bilməz. Cənab Prezident Nardaran əhalisinin vaxtında yanında oldu, onları bütün problemlərdən azad etdi. Bununla da radikal qruplaşmanın “Nardaran xülyası” boşa çıxdı. Suriyada hazırlanan plan, Gəncə təxribatının iflası Amma, problem bununla bitmədi. Xüsusi anti-Azərbaycan qüvvələrinin təlimatı ilə yenidən hazırlanan daha bir qrup 2018-ci ildə təkrar fəallaşdı. Bu dəfə isə Gəncə şəhərində... Suriyada və digər ölkələrdə radikal dini qruplaşmalarda təlim keçən bir qrup radikal şəxs Gəncədə dinc sakinlərə hücum etdi, iki polis zabitini qətlə yetirdi, radikal dini qruplaşma üzvü Yunis Səfərov adlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı sui-qəsd etdi. Onlar bu cür təxribatları ölkənin müxtəlif ərazilərində təkrar edərək ölkədə sabitliyi pozacaqlarına əmin idilər. Bu üsulla onlar gəncəliləri ələ almağa və öz tərəfdarları sırasına qatmağa cəhd etsələr də, gəncəlilər həmin şəxslərin niyyətini əvvəlcədən anlayaraq dövlətçilik maraqlarını üstün tutub həmin radikallara qarşı birləşdi. Dövlət xalqın yanında olduğu üçün xalq da həmişə olduğu kimi bu dəfə də dövlətin yanında oldu və dövlətçiliyə qarşı çıxan, ölkədə təxribata cəhd edən həmin radikallar zərərsizləşdirildi. Məlum oldu ki, ötən il iyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.
Lotu Quli gözlənilmədən Bakıya gəldi like
  • 12 İyl 12:18  
Kriminal Lotu Quli gözlənilmədən Bakıya gəldi

Qanuni oğru Nadir Səlifov (Lotu Quli) gözlənilmədən Bakıya gəlib.

arrow Ətraflı
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir (FOTO) like
  • 12 İyl 12:14  
Digərləri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsind

arrow Ətraflı
Şeyxin ölkədən qaçan arvadının sevgilisinin kimliyi üzə çıxdı  FOTO like
  • 12 İyl 12:14  
Dünya Şeyxin ölkədən qaçan arvadının sevgilisinin kimliyi üzə çıxdı FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubay əmiri Məhəmməd ibn R

arrow Ətraflı
Nadir fotoşopun “ağını çıxardı”  FOTO like
  • 12 İyl 12:09  
Şou-biznes Nadir fotoşopun “ağını çıxardı” FOTO

Müğənni Nadir Qafarzadə tam sürətlə istirahətinə davam edir.

arrow Ətraflı
S-400 komplekslərinin Türkiyəyə gətirilməsinə başlanılıb like
  • 12 İyl 12:06  
Digərləri S-400 komplekslərinin Türkiyəyə gətirilməsinə başlanılıb

S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çat

arrow Ətraflı
Ruhi əsəb xəstəsindən anasına qarşı amansız cinayət  Təfərrüat like
  • 12 İyl 12:05  
Kriminal Ruhi əsəb xəstəsindən anasına qarşı amansız cinayət Təfərrüat

Bakıda anasını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il t

arrow Ətraflı
"Müəllim işləmək üçün müraciət edən kişilərin sayı artır" like
  • 12 İyl 12:01  
Digərləri "Müəllim işləmək üçün müraciət edən kişilərin sayı artır"

Azərbaycandakı orta məktəblərdə qadın müəllimlərin sayı üstünlük t

arrow Ətraflı
Özünü türk iş adamı kimi qələmə verərək dələduzluq edən Salyan sakini saxlanılıb (FOTO) like
  • 12 İyl 12:01  
Digərləri Özünü türk iş adamı kimi qələmə verərək dələduzluq edən Salyan sakini saxlanılıb (FOTO)

Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq yolu il

arrow Ətraflı
Bakıdan Batumiyə gedən təyyarə geri döndü  SƏBƏB like
  • 12 İyl 12:00  
Digərləri Bakıdan Batumiyə gedən təyyarə geri döndü SƏBƏB

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq &

arrow Ətraflı
Daha bir istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib like
  • 12 İyl 11:56  
Digərləri Daha bir istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya

arrow Ətraflı
Toyda partlayış: like
  • 12 İyl 11:55  
Dünya Toyda partlayış:

Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayı

arrow Ətraflı
Ceyhun Bayramov: Müəllim işləmək üçün müraciət edən kişilərin sayı artır like
  • 12 İyl 11:52  
Digərləri Ceyhun Bayramov: Müəllim işləmək üçün müraciət edən kişilərin sayı artır

Bütün sahələrdə olduğu kimi təhsildə də daha yaxşı nəticələrin əl

arrow Ətraflı
Nazir: "Bu il daha çox vakant müəllim yerinin olacağı gözlənilir" like
  • 12 İyl 11:51  
Digərləri Nazir: "Bu il daha çox vakant müəllim yerinin olacağı gözlənilir"

Bu il orta məktəblərdə ötən ildəkindən daha çox sayda vakant müəllim

arrow Ətraflı
Bakıda iki "Topaz" məntəqəsinin lisenziyası ləğv edilib like
  • 12 İyl 11:47  
Digərləri Bakıda iki "Topaz" məntəqəsinin lisenziyası ləğv edilib

“Topaz” məntəqələrində Sevil Ələkbərova və Elşən Yusibov mərc oy

arrow Ətraflı