Rəşad Sadıqov Qarabağ-ın “9-luğ”unda


İdman 12 İyl 2019 11:00:00 239 0

Rəşad Sadıqov Qarabağ-ın “9-luğ”unda

Ağdamın Qarabağ klubunun futbolçusu Rəşad Sadıqov kapitanı olduğu komandanın heyətində 300-cü oyununu keçirib.

Bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.

Partizani ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin Qarabağ-da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən R.Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən Qarabağ-ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.

Qarabağ-da 300 və daha çox oyun keçirənlər

yerfutbolçuOyun
1.Maksim Medvedev405
2.Müşfiq Hüseynov394
3.Yaşar Hüseynov380
4.Səttar Əliyev369
5.Aslan Kərimov346
6.Elşad Əhmədov339
7.Qara Qarayev320
8.Ansi Aqolli316
9.Rəşad Sadıqov300



APA