ETSN-də Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib


Digərləri 12 İyl 2019 10:46:00 181 0

ETSN-də Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Trend-in məlumatına görə, görüş zamanı beynəlxalq məsləhətçilərlə ölkədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, sudan səmərəli və təkrar istifadə, su itkilərinin azaldılması, ehtiyatlarının qorunması ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.