"Volqa" ilə BMW heç vaxt ötüşə bilməz" - Ramin Musayev


İdman 12 İyl 2019 10:18:00 68 0

"Volqa" ilə BMW heç vaxt ötüşə bilməz" - Ramin Musayev

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Səbail"in evdə Rumıniya "Universitatea"sına 2:3 hesabı ilə uduzduğu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib.

Musayev əvvəlcə oyunu dəyərləndirib...

- "Ümid söndə ölür" deyiblər. Amma açığı, rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə də bu fikrimlə razılaşmaya bilərsiniz. Amma unutmayaq ki, "Səbail" avrokuboklarda ilk dəfə iştirak edir, yeni komandadır. Rəqibin isə 71 illik tarixi var. Maddi durumu da nəzərə almalıyıq. Bu yaxınlarda oyunçularından birini 11 milyon avroya satdılar. Bu, "Səbail"in ən azı 5 illik büdcəsi deməkdir. Lakin bunlar o anlama gəlməməlidir ki, komandamız zəif oynamalı idi. Buna zəif çıxış da deməzdim. Heyətdə gənc futbolçular çoxdur. Onlar avrokuboklarda debüt etdiklərindən, istər-istəməz bir qədər çəkinirdilər. Deyərdim ki, "Səbail"ə, gənc komanda və baş məşqçiyə avrokuboklarda iştirak etməsinə görə təbrik düşür.

- Fasilədə Eltun Yaqubluya dediniz ki, komandanı səslə. Hiss olunurdumu ki, "Səbail" rəqibdən qorxur?

- "Neftçi"də çalışdığım vaxt Belçikada "Anderlext"lə oynadığımız vaxt 70 min azarkeşin qarşısında ilk 25 dəqiqədən sonra bilmirdik hara qaçaq. Bu gün "Universitatya" köklü komandadır, danmaq olmaz. Rumıniya komandaları ilə oyunlarımız dava ilə bitirdi. Çox çətin rəqib idilər. Yenə deyirəm: "Səbail"ə təbrik düşür. İlk növbədə, onlara. Başqa cür ola bilməz. Digər tərəfdən, güc məsələsi var. "Volqa" ilə BMW heç vaxt ötüşə bilməz.

- Digər avrokubok təmsilçilərimizdən nə gözləyirsiniz?

- "Neftçi"ni səfər qələbəsi münasibətilə təbrik edirəm. "Qarabağ" Albaniyada qolsuz heç-heçə etsə də, yəqin ki, burada öz hünərini göstərəcək. "Qəbələ"yə isə Avropa Liqasının II təsnifat mərhələsində uğurlar arzulayırıq. Fikrimcə, ən çətin rəqib "Səbail"ə qismət olub.

- Azərbaycan Premyer Liqasında yeni mövsümdən hansı yeniliklər gözləmək olar?

- Yeniliklərimiz çoxdur. Onu burada sadalamağa vaxt çatmaz. Bu yeniliklərin hazırlanmasında PFL-in Texniki İdman Şöbəsinin yeni rəisi Elgiz Abbasovun böyük rolu var.

- Sizin nəzarət etdiyiniz dövrdə hakimlər ildə iki dəfə xaricdə təlim-məşq toplanışı keçirdilər. Amma indi ölkədən kənara çıxmırlar. Bu, nə ilə bağlıdır?

- Mən sırf çempionatla məşğulam. Çempionat ağır olduğu üçün xahiş etdik ki, hakimlərə nəzarəti bizdən götürsünlər. (report)

Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib like
  • 12 İyl 10:17  
Digərləri Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib

Çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetm

arrow Ətraflı
Günay alt paltarı geyinmədi: like
  • 12 İyl 10:11  
Şou-biznes Günay alt paltarı geyinmədi:

Türkiyədə yaşayan model Günay Musayeva Bakıda qonaqdır.

arrow Ətraflı
Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar like
  • 12 İyl 10:08  
Digərləri Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu p

arrow Ətraflı
Əli Əhmədov ABŞ-da səfərdədir like
  • 12 İyl 10:05  
Digərləri Əli Əhmədov ABŞ-da səfərdədir

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavin

arrow Ətraflı
Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar like
  • 12 İyl 10:00  
Digərləri Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu p

arrow Ətraflı
Cəbhədən YENİ XƏBƏR like
  • 12 İyl 09:57  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində ni

arrow Ətraflı
Dianadan qısa geyim və "isti" performans  VİDEO like
  • 12 İyl 09:57  
Şou-biznes Dianadan qısa geyim və "isti" performans VİDEO

Müğənni Diana Hacıyeva (Dihaj) bu dəfə performansı ilə gündəmə gəlib

arrow Ətraflı
Altı ayda Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb like
  • 12 İyl 09:54  
Digərləri Altı ayda Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstə

arrow Ətraflı
Bordin: "Tək Rəhman yox, hamı yaxşı oynadı" - müsahibə like
  • 12 İyl 09:53  
İdman Bordin: "Tək Rəhman yox, hamı yaxşı oynadı" - müsahibə

"Nəticədən çox razıyam. Ancaq ən çox futbolçul

arrow Ətraflı
MMA döyüşçüsü rəqibini balta ilə yaraladı  VİDEO like
  • 12 İyl 09:53  
Dünya MMA döyüşçüsü rəqibini balta ilə yaraladı VİDEO

Qarışıq idman növləri üzrə (MMA) rusiyalı idmançı Maksim Novosölov sp

arrow Ətraflı
Ebru Şallının fotoşoplu ŞƏKİLləri lağ mövzusu oldu like
  • 12 İyl 09:50  
Digərləri Ebru Şallının fotoşoplu ŞƏKİLləri lağ mövzusu oldu

Məşhur model Ebru Şallı Bodrumda istirahət edir.

arrow Ətraflı
Bu dəfə akula balığa yem oldu like
  • 12 İyl 09:48  
Digərləri Bu dəfə akula balığa yem oldu

Bu dəfə balıq akulaya yox, akula balığa yem olub. 

arrow Ətraflı
Burkina Fasoda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb like
  • 12 İyl 09:46  
Digərləri Burkina Fasoda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Burkina Fasonun Milli Assambleyası terror və ekstremist qruplaşmalarla mübar

arrow Ətraflı
Məşhur müğənni şəxsi həyatından danışdı: "Cəmi 5 kişi ilə görüşmüşəm" like
  • 12 İyl 09:44  
Digərləri Məşhur müğənni şəxsi həyatından danışdı: "Cəmi 5 kişi ilə görüşmüşəm"

Məşhur dünya ulduzu Meray Keri şəxsi həyatı barədə açıqlamalar verib.

arrow Ətraflı