Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar


Digərləri 12 İyl 2019 10:00:00 183 0

Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev - Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasın gündəliyinə 28 məsələ daxildir. Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və digər qanunlara, eyni zamanda Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin bir çoxu 2-ci cə 3-cü oxunuşda müzakirə ediləcək. Qeyd edək ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaqlar və avqust ayının 30-dək istirahətdə olacaqlar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin