Tupakın Madonnaya türmədən yazdığı məktub hərracda


Digərləri 12 İyl 2019 09:25:00 219 0

Tupakın Madonnaya türmədən yazdığı məktub hərracda

Mərhum reper Tupakın müğənni Madonnaya yazdığı məktub hərraca çıxarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" "Gotta Have Rock and Roll" internet-auksionuna istinadən xəbər verib.

Məktub 100 min ABŞ dollarına satılır. Qeyd edilir ki, Tupak həmin məktubu Madonnaya 1995-ci il yanvarın 15-də həbsxanadan yazıb.

Reperin məktubu üç səhifədən ibarətdir. O, yazdıqlarını "Həmişəlik, 2PAC, Tupak Şakur" adlandırıb.

"Rasizmin fəsadları qaradərili kişinin ağ qadına olan bağlılığını lazımi şəkildə göstərməyə çətinlik yaradır", - Tupakın məktubunda qeyd edilib.