"Bloomberg": Erik Londblad istefaya gedir


Digərləri 12 İyl 2019 08:52:00 246 0

"Bloomberg": Erik Londblad istefaya gedir

"Boeing" aviakonserninin 737 modelinin istehsalı üzrə proqramın rəhbəri Erik Londblad istefaya gedir.

Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, E.Lindbladın öz vəzifəsini tərk edəcəyi barədə şirkətin əməkdaşlarına "Boeing"in kommersiya fəaliyyəti şöbəsinin rəhbəri Kevin Makalister deyib.

Onun sözlərinə görə, E.Lindblad istefaya getmək istəyinin olduğu barədə ötən il bildirib.

K.Makalister qeyd edib ki, E.Lindbladın vəzifəsinə Mark Cenks təyin ediləcək.