Bakıda pedofil həbs edildi


Kriminal 12 İyl 2019 08:42:00 194 0

Bakıda pedofil həbs edildi

Bakı şəhərində azyaşlı qızlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ictimai yerlərdə azyaşlı qızlara qarşı əxlaqsız seksual hərəkətlər edən 1961-ci il təvəllüdlü Nuşirəvan Məhərrəmov Xətai rayonunda ələ keçib. 

Xətai polisi onu saxlayandan sonra N.Məhərrəmovun daha bir neçə rayonda eyni hərəkətləri etdiyi məlum olub.

Araşdırma aparılır.