İspaniyanın üç universiteti...


Digərləri 12 İyl 2019 06:30:00 203 0

İspaniyanın üç universiteti...

Navarra Universiteti yalnız Oksford və Kembric universitetlərindən geri qalaraq, Avropa İttifaqının üç ən populyar universitetindən biri sayılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Britaniyanın "Times Higher Education" jurnalı tələbə rəyləri əsasında 2019-cu ildə Avropa universitetlərinin reytinqini açıqlayıb.

İspaniya 200 ali məktəbin reytinqində bu təhsil ocaqlarının sayına görə Böyük Britaniyadan sonra ikinci ölkə (38) olub. İspaniya universitetlərinin üçü - Navarra Universiteti, Barselona Avtonom Universiteti və Madrid Avtonom Universiteti Aİ-nin 20 ən yaxşı ali məktəbi arasına daxil olub.

Avropanın 18 ölkəsindən 125 min tələbə arasında sorğu əsasında tərtib edilmiş reytinqdə təhsilin keyfiyyəti, tələbələrin məmnunluq səviyyəsi, gənclərlə müəllimlər arasında qarşılıqlı münasibətlər qiymətləndirilib. Tələbə-müəllim münasibətləri və bu münasibətlərin nəticəsi kimi, tədris mühitinin təhsilin keyfiyyətinə təsiri tədqiq edilib.