Yadplanetli gəmi yoxsa səma cismi? Oumuamua asteroidinin sirri


Digərləri 12 İyl 2019 05:30:00 261 0

Yadplanetli gəmi yoxsa səma cismi?  Oumuamua asteroidinin sirri

Oumuamua ulduzlararası səma cisminin yeni tədqiqatı onun yadplanetli gəmi olması barədə teoriyanı yenidən alovlandırıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, asteroid 2017-ci ildə kəşf edilib. Asteroid qeyri-adi parametrləri ilə alimləri və cəmiyyəti heyrətləndirib. Oumuamua Günəş sisteminə ilk dəfə daxil olub.

Səma cisminin UNO olduğu barədə hipotezi təkcə ufoloqlar iddia etmir. Ötən ilin noyabr ayında Harvard astronomu Avi Lyöb də bu səma cisminin yerdənkənar sivilizasiyanın zondu olduğunu, günəş işığı ilə işlədiyini bəyan edib. Onun teoriyası elm dünyası tərəfindən qəbul edilmədi.

Bu yaxınlarda isə "Nature Astronomy" jurnalında Oumuamua asteroidi barədə yeni məqalə dərc edilib. Alimlərin fikrinə əsasən, bu versiyanın kifayət qədər sübutu yoxdur. Arqumentlər isə elmə əsaslanmır.