"Twitter"in işində problemlər yaranıb


Digərləri 12 İyl 2019 00:45:00 241 0

"Twitter"in işində problemlər yaranıb

Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur

Bakı. Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir. Portalın məlumatına əsasən, problemlər saat 22:46-da başlayıb. Texniki qüsurlar əsasən ABŞ, Braziliya, Yaponiya və bir sıra Avropa ölkəsində qeydə alınıb.