Porsche rənglənməmiş 935 modelini təklif edir FOTO


Digərləri 11 İyl 2019 23:58:00 286 0

Porsche rənglənməmiş 935 modelini təklif edir  FOTO

Porsche 935 yarış avtomobili zavodda Agate Gray rənginə boyanır. Əlavə olaraq, avtomobil üçün Martini livreyasını sifariş etmək də mümkündür. Lakin, Porsche şirkəti bu rəng sxemini bəyənməyən müştəriləri üçün, alternativ olaraq, boyanmamış avtomobili də təklif etməyə başlayıb.

Son.az autograph.az-a istinadən bildirir ki, bir müddən bundan əvvəl Porsche yarış avtomobili üçün doqquz yeni livreya hazırlamışdı. Hər bir livreya Porsche 935 modelində bu və ya digər yarışlarda qalib gəlmiş komandalara olan hörməti tərənnüm edir. Onların arasında 1970-ci ildə ümumi birincilikdə markanın ilk qələbəsini əldə edən Porsche Salzburg Team və 1979-cu ildə keçirilmiş marafonun qalibi Kremer Racing komandaları da vardır.

Yeni Porsche 935 modeli 911 GT2 RS sportkarının bazasında inşa ediblər. Yeni sportkarın kuzovu fibrplastikdən hazırlanıb. Avtomobil 919 Hybrid və 911 GT3 R modellərinin eksteryer detallarına da sahib olub. Porsche 935 sportkarı 3,8-litrlik iki turbokompressorlu oppozit mühərriki ilə hərəkətə gəlir.

Yeddi pilləli PDK "robotu" ilə tandemdə çalışan güc aqreqatının hasilatı 700 at qüvvəsi və 750 Nm-dir.  Modelin təchizatına Porsche Stability Managment (PSM) stabilizasiya sistemi, ayrıca konturları olan əyləc sistemi, öndə 380, arxada isə 355 millimetrlik əyləc diskləri, yüksək sürtünməli differensial, təhlükəsizlik karkası və altınöqtəli kəmərlər daxildir.


Xəbərə aid fotolar