BMT Hörmüz boğazında yeni qarşıdurnaya yol verməməyə çağırıb


Digərləri 11 İyl 2019 23:50:27 223 0

BMT Hörmüz boğazında yeni qarşıdurnaya yol verməməyə çağırıb

Hörmüz boğazında yeni qarşıdurmanın fəlakətli nəticələri ola bilər

Bakı. Hörmüz boğazında yeni qarşıdurmanın fəlakətli nəticələri ola bilər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Böyük Britaniyaya məxsus tankerin İran gəmiləri tərəfindən saxlanılmasını şərh edərkən deyib. F.Hak bildirib: "Biz bu insidentlə bağlı hər iki tərəfin bəyanatları ilə tanışıq. Bildiyiniz kimi, baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb. O, açıq şəkildə bəyan edib ki, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq".