Azərbaycanlı milyarderlərin bazarında quldur hücumları törədən “Alfa” zabitləri


Dünya 11 İyl 2019 23:32:00 261 0

Azərbaycanlı milyarderlərin bazarında quldur hücumları törədən “Alfa” zabitləri

Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı dəstəsinin 8 zabiti barələrində cinayət işinin qaldırıldığını eşidərək ezamiyyətdə olduqları Şimali Qafqazdan geri qayıtmayıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Moskvada həmkarlarının quldur basqınları işi üzrə həbs olunduğunu eşidən zabitlər Şimali Qafqazda gizləniblər.

Həmin zabitlərin adı Moskvada azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus "Sadovod" bazarında Çin vətəndaşlarına quldur hücumlarında keçir. İş üzrə cəmi 15 "Alfa" döyüşçüsü barəsində ittiham irəli sürülüb. Onlardan 5-i Moskvada həbs olunub, ikisi ev dustaqlığına göndərilib. Qalanları isə axtarışa verilib. Axtarışa verilənlər həmin vaxt antiterror əməliyyatları ilə bağlı Şimali Qafqaza ezam edilmişdilər.