“Mizanülhikmə” kitabı nədən bəhs edir və səhihdirmi?


Digərləri 11 İyl 2019 23:15:00 277 0

“Mizanülhikmə” kitabı nədən bəhs edir və səhihdirmi?

"Mizanül-hikmə" hədis məcmuəsidir. Bu kitab hal-hazırda sağ olan Reyşəhri adlı bir alim tərəfindən son dövrlərdə tərtib edilib. Kitab fərqli çaplarda 5 və 10 cild şəklində nəşr edilib.

Son.az islam.az-a istinadən bildirir ki, bundan əlavə, kitabın müxtəsər variantları və sair dillərə (o cümlədən, azərbaycan dilinə) tərcümələri də çap edilib. "Mizanül-hikmə" kitabının özəlliyi budur ki, burada hədislər əlifba sırası ilə, mövzular üzrə qruplaşdırılıb; bu xüsusiyyət kitabdan istifadəni çox asanlaşdırır. Kitabda əsasən şiə, qismən əhli-sünnə məzhəblərinə aid hədislər mövcuddur. "Mizanül-hikmə" kitabı ümumilikdə mötəbər və faydalı əsərdir. Amma içində ayrı-ayrı hədislərin zəif olma ehtimalı da istisna edilmir; çünki heç bir hədis məcmuəsi bundan sığortalanmayıb.