Astiqmatizm nədir, necə yaranır, necə müalicə edilir?
Digərləri 11 İyl 2019 23:05:00 79 0
Astiqmatizm - gözün optik sisteminin defektidir. Gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmaması astiqmatizm adlanır. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri-sferik olmasıdır, yəni əsas meridianlarda əyrilik radiuslarının fərqli olmalarıdır. Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian var. Son.az medicina.az-a istinadən bildirir ki, bunlardan biri ən güclü şüasındırma qabiliyyətinə malikdir, ikincisi isə ən zəif. Bu meridianların şüasındırma qüvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadangəlmə olur. Bəzən, o, gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur. Bu, görmə itiliyini zəiflətmir. Maraqlısı ondadır ki, cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda belə, o, görməyə təsir etmir. Lakin, presbiopiyanın başlaması ilə belə gözlərdə astiqmatizm özünü göstərir. Bu, onunla izah olunur ki, cavan yaşlarında gözün uyğunlaşdırıcı mexanizmləri bülluru ayrı-ayrı meridianlarda qeyri-bərabər dartır. Yəni buynuz qişanın astiqmatizminə cavab olaraq büllurun astiqmatizmi yaranır. İllərlə gözün akkomodasiya qabiliyyəti zəifləyir və büllur buynuz qişanın astiqmatizmini kompensasiya etmək bacarığını itirir. Astiqmatizm anadangəlmə olduğuna görə görmə sisteminin inkişafdan qalması müşahidə oluna bilər (ambliopiya). Buna görə də korreksiyadan daimi istifadə etmək lazımdır. Astiqmatizmin optik korreksiyasının bütün növlərinin çatışmazlıqları var. Eynəklə korreksiya zamanı məkanın pozulması və meridional anizeykoniya əmələ gəlir. Kontakt linzalarla korreksiyanın problemləri mövcuddur: standart linza yüksək astiqmatizm zamanı buynuz qişada dayanmır (sorucu effekt işləmir). Astiqmatizmin korneal və lentikulyar növləri var. Korneal astiqmatizm anadangəlmə olur və ya sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da, asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yaranır. Travmadan sonra buynuz qişada capıq əmələ gəldikdə, pterigium adlandırdığımız xəstəlik zamanı və keratokonus xəstəliyinin inkişafı zamanı ikincili astiqmatizm yaranır. Gözdaxili büllurda baş verən dəyişikliklər zamanı lentikulyar astiqmatizm yaranır. Gözə düşən işıq şüaları gözün buynuz qişa, büllur, vitrus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözun daxili qatında fokuslanır. Astiqmatizm zamanı vahid fokus nöqtəsi olmur və o üzdən həm yaxın, həm də uzaqgörmə qarışıq, yayğın şəkildə olur. Astiqmatizm korreksiya edilməklə aradan qaldırılır. Müvəqqəti və daimi korreksiya mövcuddur. Müvəqqəti korreksiya zamanı eynək ve kontakt linzalar təyin olunur. Daimi korreksiyanı isə eximer lazer vasitəsilə aparmaq mümkündür. Buynuz qişanın göstəriciləri eximer lazerin aparılmasına uyğun gəlməzsə, o zaman göz içi linzalar refraktiv düzəltmə məqsədilə göz daxilinə yerləşdirilir.
Bu xəbəri də oxu: Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
Volkswagen şirkətinin Golf modeli ilə yaxından maraqlananlar bu hetçbekin &

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir

Avstraliya həkimləri iflic olmuş əllərin hərəkətinin bərpa edilməsi yo

Çin alimləri ölkənin Marsda ilk tədqiqat missiyasını həyata keçirmək

Nəql edirlər ki, Əmirəl-möminin (ə) şiddətli göz ağrısına düçar ol

Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun "Məzun günü&qu

İstanbul klubu Portuqaliyanın "Vitoriya" klubundan Tayler Bondu transfer edib.

Qədim zamanlarda üzük taxmaq müxtəlif mistik ritualların tərkib hissəsi

Üç il bundan öncə təqdim edilmiş Porsche 911 RSR yarış superkarının al

Avropa və Amerikada radiasiya təhlükəli işlərdə çalışanlara, ofis iş

"Nə Həci Həci düşmüsünüz? Ailənin öz yeri var, mən özüm bu qə

Nəql edirlər ki, Misirdə bir padşah vardı ki, çox təkəbbürlü və sərt

Hicrətin 200-cü ilində İmam Rza (ə) vəliəhd kimi Mədinədən Xorasana hi

İslam dini alver zamanı nəqd, həm də nisyə üsulundan istifadə etməyə i
