Çin xüsusi aparat hazırladı Marsda həyat əlaməti axtaracaq


Digərləri 11 İyl 2019 22:50:00 216 0

Çin xüsusi aparat hazırladı  Marsda həyat əlaməti axtaracaq

Çin alimləri ölkənin Marsda ilk tədqiqat missiyasını həyata keçirmək üçün marsoxod aparatının tikintisini başa çatdırıblar.

Tədqiqatın əsas vəzifəsi Marsda həyat şəraitinin mövcudluğuna dair əlamətlərin tapılmasıdır.

Çinin Ay proqramının elmi rəhbəri Ouyan Tszıyuan bildirib ki, missiya Marsın gələcəkdə insan yaşayışı üçün yararlı olub-olmadığını araşdıracaq.

Onun sözlərinə görə, marsoxod Marsın atmosferini, landşaftını, geoloji və maqnit xarakteristikalarını da tədqiq edəcək.