Üzük taxdığınız barmaq xasiyyətinizi ələ verir


Digərləri 11 İyl 2019 22:35:00 342 0

Üzük taxdığınız barmaq xasiyyətinizi ələ verir

Qədim zamanlarda üzük taxmaq müxtəlif mistik ritualların tərkib hissəsi idi.

Belə rituallardan biri bu günümüzə qədər çatıb. Söhbət, təbii ki, nikah və sevgi simvolu olan nişan üzüyündən gedir.

Psixoloqların fikrinə görə, üzüklərin taxılması (hansı barmağa taxılır, böyükdür yoxsa kiçikdir və s.) insanın xasiyyətindən xəbər verir.    

Böyük barmaqda üzük

Son.az saglamolun.com-a istinadən bildirir ki, məhz böyük barmağa üzük taxmağı xoşlayalar enerjili və emosional, hislərini gizlədə bilməyən, coşqun insanlar olur.

Onlar əksər hallarda çox tərs olur, onlarla mübahisə etmək, onların fikrini dəyişmək, nəyə isə inandırmaq çətin məsələdir.  

Bu insanlarlar cəsarətli və ürəkli olur, problemlərdən qaçmır, onları həll etməyə çalışır.  

Baş barmağa əsasən kişilər üzük taxır. Lakin qadın bu barmağı tez-tez üzüklə bəzəyirsə, bu onun "kişi kimi" olmağına işarə edir.

İşarət barmaqda üzük

Kral, imperator, kardinallar üzüyü məhz işarət barmağına taxırdı. Bunu tarixi şəxsiyyətlər təsvir edilmiş çoxsaylı tablolarda görmək mümkündür.

İşarət barmağına tez-tez üzük taxan insanlar hakimlik etməyi, digərlərini özünə tabe etməyi sevirlər. Onlar özünə inanan və iradəli olurlar, hər zaman vəzifədə olmağa, insanları idarə etməyə çalışırlar. İşarət barmağına taxılan üzük nə qədər böyükdürsə, bu xüsusiyyətlər də bir o qədər ifadə olunmuş olur.      

Onlar məsləhət verməyi xoşlayırlar, bəzən insanlara yuxarıdan aşağı baxırlar.

Orta barmaqda üzük

Bu insanlar qismətə, bəxtə, karmaya çox inanır, fatalist olurlar.