Diplomu rektordan oynayaraq alan məzun danışdı


Digərləri 11 İyl 2019 22:38:00 236 0

Diplomu rektordan oynayaraq alan məzun danışdı

Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun "Məzun günü"ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada alması maraqla qarşılanıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, açıqlama verən 22 yaşlı Şaiq bildirib ki, bu addımıyla sadəcə öz sevincini bölüşmək istəyib:

"Bununla öz sevincimi qeyd etmək istədim. Əvvəlcədən bunu edəcəyimi bilirdim. Sadəcə, necə edəcəyimi planlaşdırmamışdım. Rektorun bunu təbəssümlə qarşılamağı gözlənilən idi. Çünki sevincini qeyd edən tələbə qeyri-adi və ya neqativ bir şey etmir. Sadəcə, sevinir və anı yaşayır. Tədbir universitetdaxili idi, ona görə də kənara çıxacağını gözləmirdim. Özüm üçün də sürpriz oldu. Etdiyim hərəkətdə xüsusi bir şey yoxdur. Buna ən yaxın nümunə futbolçuların və digərlərinin öz sevincini bölüşməsidir".

Qeyd edək ki, Şaiq Məmişov eyni zamanda Prezident təqaüdçüsüdür. O, Ali Neft Məktəbinə 685 balla qəbul olub.