Bir əşyanın nisya olaraq nəqd qiymətindən baha satmaq riba (sələm) sayılır?


Digərləri 11 İyl 2019 22:15:00 221 0

Bir əşyanın nisya olaraq nəqd qiymətindən baha satmaq riba (sələm) sayılır?

İslam dini alver zamanı nəqd, həm də nisyə üsulundan istifadə etməyə icazə verir. Nisyə alver zamanı qiymət nəqd alverdəkindən fərqlənə bilər. Belə ki, alınan malın pulunu hissə-hissə vermək şərt qoyulursa, qiymətin nəqd alışından daha çox məbləğdə hesablamaq mümkündür.

Son.az islam.az-a istinadən bildirir ki, əlbəttə, bu zaman alıcı ilə satıcı arasında mütləq razılaşma olmalıdır və alıcı həmin qiymətlə razılaşıb malı nisyə almalıdır. Bu cür alış-veriş sələm (faiz) sayılmır və günah deyil. Nisyə alver zamanı da insaf və ədalətə riayət etmək vacibdir.