Bu ətdən çox yesəniz…


Digərləri 11 İyl 2019 22:05:00 210 0

Bu ətdən çox yesəniz…

Digər ət məhsulları ilə müqayisədə daha az yağlı olan toyuq əti qidalanma planına nizamlı şəkildə daxil olunarsa, sağlamlığınıza xüsusi faydalarını hiss edərsiniz. Son.az medicina.az-a istinadən bildirir ki, türkiyəli dietoloq Sezen Çetinkayanın sözlərinə görə, xüsusilə uşaqlar və hamilələrin günlük lazımı miqdarda protein, meyvə-tərəvəz, tam taxıl məhsulları, süd məhsulları və ağ ət yeməsi məsləhətdir. Sağlım qidalanmada ən önəmli yeri tutan toyuq ətində xeyli protein var. Digər heyvan ətləri ilə müqayisədə daha az yağlıdır və buna görə də kalorisi azdır.   Toyuq ətində həmçinin doymuş yağın miqdarı da çox azdır. Toyuq ətinin vitamin B2 (riboflavin), niasin, vitamin B6 və vitamin B12 baxımından da zəngin qidalar arasında olduğunu qeyd edən dietoloq bildirir ki, ürək-damar xəstəlikləri olan şəxslər də rahatlıqla bu ətdən istifadə edə bilər.     Dərisiz olaraq yeyilən toyuq cəmi 100 qram kalori verir. Ancaq dərisi ilə yeyildiyində bu kalori 170 qrama qədər çıxa bilər. Toyuq əti, B2, B6, B12 kimi vitaminlər və amino asitlər baxımından zəngin olmasından başqa, uşaqların ehtiyac duyduğu dəmir, zinc və fosforu da daxilində saxlayır.