Soyuqdəymə virusu xərçəng hüceyrələrini məhv edir


Digərləri 11 İyl 2019 21:50:00 227 0

Soyuqdəymə virusu xərçəng hüceyrələrini məhv edir

Nazofaringit virusu sidik kisəsinin xərçəngini aradan qaldıra bilir. Belə bir qənaətə Surrey Universitetinin araşdırmaçıları gəlmişdir. Mütəxəssislərin bildirdiyi kimi, 15 xəstənin iştirakıyla aparılmış təcrübə, belə bir yanaşmanın effektiv olduğunu göstərmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, alimlərin bildirirlər ki, Britaniyada hər il, 10 min nəfərə sidik kisəsinin xərçəng diaqnozu qoyulur. Mütəxəssislərin dediyinə görə, hal-hazırda müalicə növləri kifayət qədər effektiv deyil. Müalicələrin 50-60% xəsətəliyin geri dönməsi ilə, 10-20% isə xərçəng şişlərinin yayılması ilə nəticələnir.

Aparılmış yeni tədqiqat, xərçəng hüceyrələrinin "CVA21" virusa qarşı gücsüz olmasını göstərmişdir. Bu halda virus yalnız xərçəngin hüceyrələrinə hücum edir. Təcrübə zamanı xəstələrin vəziyyəti yaxşılaşmışdır. Xəstələrin birində isə müalicədən sonra şişlər tamamilə yox olmuşdur.