Hyundai klapan tənzimlənməsinin yeni mexanizmini hazırlayıb VİDEO


Digərləri 11 İyl 2019 21:30:00 211 0

Hyundai klapan tənzimlənməsinin yeni mexanizmini hazırlayıb  VİDEO

Hyundai şirkəti dünyada ilk dəfə olaraq klapanların açılması müddətinin fasiləsiz dəyişdirilməsi sistemini hazırlayıb. Contunously Variable Valve Duration (CVVD) adlandırılmış sistem, müxtəlif qazpaylayıcı fazalar sistemlərinin təkamül formasıdır.

Son.az autograph.az-a istinadən bildirir ki, müxtəlif növ qazpaylayıcı fazaların dəyişdirilməsi sistemlərini hazırda istənilən müasir avtomobildə aşkar etmək olar. Bir qayda olaraq, fazafırladanlər, aparıcı altılığa və ya qazpaylayıcı mexanizminin dişli çarxına nisbətən paylayıcı qolun qurulma bucağını dəyişir. Nəticədə giriş klapanı erkən və ya gec açılə bilər, lakin bununla bərabər onun bağlanma vaxtı da yerdəyişmə edir.

Açılma müddətini tənzimləmək üçün, müxtəlif formalı yumruqcuqları olan konstruksiyanı yaratmaq və onlar arasında klapan ötürməsini dəyişdirmək gərək idi. Hyundai mühəndisləri bütün bunların əvəzinə yumruqcuğu fırladan,  onu paylayıcı vala nisbətən sürətləndirən və ya yavaşladan ekssentrik mexanizmini yaradıblar. Kiçik yüklənmələrdə klapanlar sıxılmanın sonun qədər açıq qalırlar ki, bu da itkiləri azaldır. Yüksək yüklənmələrdə isə əksinə, giriş klapanlarının bağlanması sıxılma taktının başlanğıcında həyata keçirilir.

Koreyalılar CVVD texnologiyasının mühərrikin məhsuldarlığını 4% artırdığını, qənaətcilliyini - 5%, zərərli tullantıların səviyyəsinin isə 12% azaltdığını bildirirlər. Əlavə olaraq, bunun sayəsində mühərrikdəki hərəkət edən hissələrin sürtünməsi səviyyəsi 34% azaldılıb.

İlkin olaraq, yeni sistemi 180 at qüvvəli 1,6-litrlik T-Gdi turbomühərriki əldə edəcəkdir. Bu ilin ikinci yarısında bu mühərriklə Sonata modelinin yeni nəslini təchiz etməyə başlayacaqdırlar. Sonradan yeni sistemi Hyundai və Kia markalarının digər modellərində də tətbiq edəcəkdirlər.