Qidadan zəhərlənmisinizsə...


Digərləri 11 İyl 2019 21:35:00 260 0

Qidadan zəhərlənmisinizsə...

Yay aylarında isti havada qida zəhərlənmələrinin sayı kəskin artır.

Qida zəhərlənmələrinin simptomlarını və ilk yardımın göstərilməsi qaydalarını bilmək bəzən insanın sağlamlığını və hətta həyatını xilas edə bilər.

Qida zəhərlənmələrinin simptomları:

- ümumi vəziyyətin pisləşməsi

- ürəkbulanması və qusma

- qarında köp və tutmaşəkilli ağrılar

- ishal

- təzyiqin düşməsi

- nəbzin tezləşməsi və zəiflənməsi

- hərarətin yüksəlməsi (bəzən 39-40 C qədər qalxa bilər)

- iştahasızlıq, halsızlıq

- soyuq tər

- dərinin rənginin ağarması.