Ölkədə geomaqnit qasırğanın səviyyəsi ilə bağlı rəsədxanadan AÇIQLAMA


Digərləri 11 İyl 2019 21:35:00 204 0

Ölkədə geomaqnit qasırğanın səviyyəsi ilə bağlı rəsədxanadan AÇIQLAMA

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.

Bakı. İlhamə İsabalayeva - Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib. Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olub.