Audi Qodvudda yeni trek avtomobilini nümayiş etdirib FOTO


Digərləri 11 İyl 2019 21:01:00 241 0

Audi Qodvudda yeni trek avtomobilini nümayiş etdirib  FOTO

Audi şirkəti də Qudvudda keçirilən Sürət festivalına əli boş gəlməyib. Alman istehsalçısı festivala müştirləri üçün hazırladığı ən sürətli trek avtomobilini gətirib. Aud R8 modelinin bazasında inşa edilmiş avtomobil 640 at qüvvəsi hasil edən 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir.

Son.az autograph.az-a istinadən bildirir ki, on bir ildir ki, özəl komandalar üçün avtomobillər inşa edən Audi şirkətinin tarixində belə güclü avtomobil olmayıb. Superkupenin mühərrik bölümündə seriya avtomobilindəki kimi 5,2-litrlik V10 atmosfer mühərriki yerləşir. Lakin, "mülki" R8 modelində bu mühərrik 612 at qüvvəsinə malikdirsə, kupenin trek variantı 28 at qüvvəsi əlavə gücə sahib olub.

Güclü mühərriklə yanaşı, yeni model, ümumi yollar üçün nəzərdə tutulmuş "qardaşından" ciddi dərəcədə yüngüldür. İstehsalçı praktiki olaraq dəyişdirilməsi mümkün olan bütün detalları karbonplastikdən hazırlanmışları ilə əvəzləyib. Nəticədə, Audi R8 LMS GT2 modeli 1350 kq çəkiyə malikdir ki, bu da adi avtomobildə olduğundan 100 kq azdır. Çəkinin gücə olan nisbəti də heyranedicidir - 1 at qüvvəsinə 2,1 kiloqram.

Alman istehsalçısı artıq yeni modelə sifarişləri qəbul etdiyini bildirib. Audi R8 LMS GT2 modelinə sahib olmaq üçün 338 min avro ödəmək gərəkdir. Bu vergilər nəzərə alınmadan səsləndirilmiş qiymətdir. İlk avtomobillər sifarişçilərə bu ilin dekabrında çatdırılacaqdır. 2020-ci ildə isə, avtomobil sahibləri GT2 kateqoriyasındakı yarışlara qatıla bilərlər.  


Xəbərə aid fotolar