Bakıda 2 sürücü yol üstündə dava etdi,


Digərləri 11 İyl 2019 20:11:00 242 0

Bakıda 2 sürücü yol üstündə dava etdi,

Bakıda küçədə sürücülər arasında dava olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində "Bizim market"in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.