Bu raketlərlə ABŞda istənilən hədəfi vurmaq olar


Dünya 11 İyl 2019 20:19:00 273 0

Bu raketlərlə ABŞda istənilən hədəfi vurmaq olar

Şimali Koreyanın istehsal etdiyi Hwasong-15 qitələrarası ballistik raket ABŞ-ın istənilən nöqtəsinə çata bilər.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Koreya Qüvvələri (İSFK) rəsmiləri çıxış edib.

Açıqlamada 12 min 874 kilometr mənzilli Hwasong-15 İCBM model raketlərin ABŞ-ın hər bir yerinə çata biləcəyi vurğulanır.

Qeyd edilir ki, Şimali Koreya 2017-ci ilin 29 aprelində Hwasong-15 İCBM model raketin testini həyata keçirib. Hazırda Şimali Koreya ordusunda 5500 kilometrlik Hwasong-13 və 10 min kilometri qət edəcək Hwasong-15 İCBM model raketlər mövcuddur.