Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq


Digərləri 11 İyl 2019 20:01:00 63 0

Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq

Ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov məlumat verib.

Assosiasiya sədri bildirib ki, iyulun 9-na olan məlumata görə, indiyədək 2 milyon 884 min ton taxıl yığılıb. 2018-ci ilin iyulun 9-na qədər ölkədə 2 milyon 319 min ton taxıl yığılmışdısa, bu ilin müvafiq dövründə 2 milyon 884 min ton taxıl yığılıb. Başqa sözlə, bu il ötən ilə nisbətən 565 min ton daha çox taxıl yığılıb.

Onun sözlərinə görə, bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən çox olacaq. Əgər ötən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib. Müşahidələr göstərir ki, bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq.

T.Qasımov qeyd edib ki, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə məhsuldarlığı daha da artırmaq mümkündür: "Assosiasiya taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması üçün fermerlərin maarifləndirilməsinə xüsusi diqqət yetirəcək. Bundan başqa, aqrar sahədə çalışanların bazarın nəbzini daha yaxşı tutması üçün onlara lazımı məsləhət və tövsiyələr veriləcək. Bildiyiniz kimi, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiyməti hər il müxtəlif istiqamətlərdə dəyişir. Məsələn, bu il dünya bazarında qarğıdalı baha, taxıl ucuz olursa, gələn il qiymətlər əksinə olur. Balansı düzgün tənzimləmək və fermerlərin qazanması üçün öz tövsiyəmizi verəcəyik. Çünki fermer bu sahədən qazanc əldə etməsə, növbəti il əkində maraqlı olmayacaq".

Mütəxəssis hesab edir ki, fermerlər əkin strukturundan çıxmış və ya az paya malik məhsulların yetişdirilməsinə də xüsusi diqqət yetirməlidir: "Fermerlər tələbata uyğun məhsulların becərilməsini də diqqətdə saxlamalıdır. Bununla onlar nəinki yerli tələbatı ödəyə, hətta xaricə məhsul ixrac edə bilər. Bildiyiniz kimi, buğdanın bərk növündən makaron və makaron məmulatları istehsal olunur. Qazaxıstan və Rusiyanın bəzi bölgələri ilə müqayisədə Biləsuvar və Cəlilabadda bərk buğdanın yetişdirilməsi üçün daha əlverişli iqlim və torpaq şəraiti var. Ölkədə makaron istehsalı üçün nəinki tələbat olan səviyyədə, hətta kifayət qədər həcmdə ixrac üçün bərk buğda istehsalı mümkündür. Ölkəmizdə soya yetişdirmək üçün də əlverişli şərait var. Bu, həm xaricdən idxalın azaldılması, həm də toyuq ətinin maya dəyərinin aşağı düşməsi deməkdir. Təcrübə göstərir ki, bu deyilənlərlə bağlı fermerlərin məlumatlandırılmasına ehtiyac var. Biz bu məqsədlə bukletlər, broşürlər hazırlayacaq və fermerlərə təqdim edəcəyik. Üstəlik, fikir və təcrübə mübadiləsi üçün xaricdən bəzi mütəxəssislər də dəvət edəcəyik".

Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı like
  • 11 İyl 20:00  
Digərləri Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı

2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi like
  • 11 İyl 19:58  
Digərləri Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övl

arrow Ətraflı
Damla harada istirahət edir? like
  • 11 İyl 19:57  
Şou-biznes Damla harada istirahət edir?

Müğənni Damla Gürcüstanda istirahətdədir.

arrow Ətraflı
“Hercai”nin məşhur aktrisası 93 kq arıqladı like
  • 11 İyl 19:54  
Digərləri “Hercai”nin məşhur aktrisası 93 kq arıqladı

"Hercai" serialında Melike rolunu canlandıran aktrisa Aslı Samat 93

arrow Ətraflı
Azərbaycanlı diplomatlar Diaspor Gənclərinin II Yay düşərgəsində olublar (FOTO) like
  • 11 İyl 19:53  
Digərləri Azərbaycanlı diplomatlar Diaspor Gənclərinin II Yay düşərgəsində olublar (FOTO)

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı səfiri Qalib İs

arrow Ətraflı
Avropada çox önəmli kəşf like
  • 11 İyl 19:49  
Digərləri Avropada çox önəmli kəşf

Avropada 40 il əvvəl tapılan insan qalıqları ilə bağlı yeni məlumat üz

arrow Ətraflı
"Mənim sayəmdə..." like
  • 11 İyl 19:44  
Digərləri "Mənim sayəmdə..."

TV8-in rəhbəri Acun Ilıcalının ötən gün türkiyəli biznesmenlə fotolar

arrow Ətraflı
Hava limanında qanunsuz mobil telefonlar və elektronika malları aşkarlanıb like
  • 11 İyl 19:41  
Digərləri Hava limanında qanunsuz mobil telefonlar və elektronika malları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdar

arrow Ətraflı
“Qızınla bacın oğlana görə düşmən idi” like
  • 11 İyl 19:39  
Şou-biznes “Qızınla bacın oğlana görə düşmən idi”

Prodüser Təranə Səmədova onun haqda sərt ifadələr səsləndirən müğə

arrow Ətraflı
Çində avtobus daşların altında qaldı like
  • 11 İyl 19:34  
Dünya Çində avtobus daşların altında qaldı

Çinin cənub-qərbindəki Sıçuan əyalətində hərəkətdə olan avtobusun

arrow Ətraflı
Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq - PROQNOZ like
  • 11 İyl 19:30  
Digərləri Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq - PROQNOZ

Ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılı

arrow Ətraflı
Qarpız niyə ölümə səbəb olur? like
  • 11 İyl 19:29  
Digərləri Qarpız niyə ölümə səbəb olur?

Son günlərdə qarpızla bağlı şikayət edənlərin sayı çoxalıb. Bu gün

arrow Ətraflı
“Kardaşyan” həbs edildi like
  • 11 İyl 19:24  
Digərləri “Kardaşyan” həbs edildi

Sosial şəbəkədə paylaşdığı fotolarla "Kim Kardaşyan" ləqəb

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 11 İyl 19:21  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Murtuzəli Müslimov Yaşar Doğu turnirinin yarımfinalında like
  • 11 İyl 19:20  
Digərləri Murtuzəli Müslimov Yaşar Doğu turnirinin yarımfinalında

Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzr

arrow Ətraflı