Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi


Digərləri 11 İyl 2019 20:04:00 191 0

Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda küçədə sürücülər arasında dava olub.

Bakı. Samir Əli - Bakıda küçədə sürücülər arasında dava olub. Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində "Bizim market"in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.