“Qızınla bacın oğlana görə düşmən idi”


Şou-biznes 11 İyl 2019 19:39:00 381 0

“Qızınla bacın oğlana görə düşmən idi”

Prodüser Təranə Səmədova onun haqda sərt ifadələr səsləndirən müğənni Rəqsanə İsmayılovaya cavab verib.

Son.az xəbər verir ki, o, "Lent.az"ın canlı yayımında Rəqsanə və ailəsi haqda bir çox iddialar səsləndirib.

Prodüser Rəqsanənin onu qadın alveri maddəsi ilə tutulmasında qınamağını da cavabsız qoymayıb:

"2006-cı ilin dekabrda anan anamın qarşısında dizini yerə qoydu ki, Ellada (Rəqsanənin bacısı - red.) tutulub, 10 min pul lazımdır. Ondan da iki ay öncə 7 min dollar faizlə pul götürüb vermişəm. Mən o borcları ödəmişəm. Heç olmasa, Allahdan qorx da. Bu, nə danışıqdır? Nə tez unutdun, ananın bacının həbs olunmağını? İnsanı qaralamaq asandır. Deyir ki, Fəridə (Fərid Azayev - red.) "atam" demisən. Mən Fərid, Faiq və atasından canımı götürüb qaçmışam. Problemli insan idilər deyə, qaçmışam. Amma  ölkədən qaçmamışam. İllərdir nələrə susuram. Bu gün efirdə ağzına gələni danışırsan. Mənim "atam" dediyim insan, mənə "qızım" deyirdi. Burada ayıb nəsə var? Sənin qızın həmin adama "dovşan", bacın da "balam" deyirdi. Xala-bala düşmən idilər - Fəridə görə. Niyə mənim ağzımı açıb, bu qədər mundarlığa çıxarırlar? Heç kimi təhqir etmək istəmirəm, amma məni niyə təhqir edib, bu həddə gətirirlər".

Təranə Rəqsanənin Aysunun şəkillərini "Odnoklassniki"də yayıb iddiasına da cavab verib: