Qarpız niyə ölümə səbəb olur?


Digərləri 11 İyl 2019 19:29:00 55 0

Qarpız niyə ölümə səbəb olur?

Son günlərdə qarpızla bağlı şikayət edənlərin sayı çoxalıb. Bu gün də Biləsuvar rayonunda qarpız zəhərələnməsindən bir nəfərin öldüyü xəbəri yayılıb. Əslində insan orqanizmi üçün bu qədər xeyirli olan, dadı damaqlardan getməyən bu giləmeyvə az qala "zəhər"ə çevrilib. İnsanları bu zəhərlənmələrdən necə qorunmalıdır? Ümumiyyətlə, qarpızdan imtinamı etməlidir?

Son.az bildirir ki, News24.az-ın məsələylə ilə bağlı suallarını cavablandıran həkim Gülnarə Babayevanın sözlərinə görə, belə zəhərlənməlıərdən qorunmaq üçün insanlar ən əsası gigiyenik qaydalara əməl etməlidirlər: "Nəinki qarpız, eləcə də, bütün meyvə-tərəvəzlər yaxşı yuyulmalıdır. Əlllər yaxşı yuyulmalıdır. İnsan özü orqanizminin qayğısına qalmalı, gigiyenasına diqqət etməlidir. Bir də görürsən, şəkərli diabet xəstəsi qarpız yeyib, şikayətlə yanımıza gəlir. Əlbəttə, belə vəziyyətdə qusma da, ishal da baş verəcək, şəkəri də qalxacaq. Axı indi heç qarpızın mövsümü də deyil. Onun mövsümü İyulun axırı, avqustun əvvəlidir. Amma bizdə onu qışda da alırlar. Deməli, o, gübrəylə yetişir.  Bu da hər kəsdə müxtəlif şəkildə özünü göstərir, kiminə təsir etmir, kiminə də fəsadlar verə bilir". 

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli isə açıqlamasında qarpız zəhərlənmələrinin səbəbini belə izah etdi: "Qarpız bostan məhsulu sayılır. Bu bitki də bir çox bostan və tərəvəz məhsulları kimi yüksək temperatur tələb edir. Bu bitkinin biloloji yetişmə dövrü normativlərə görə iyul ayıdır. Amma bizdə kənd adamları normanı gözləmir, torpağı da var, imkanı da. Ona görə artıq aprel ayından başlayaraq parnikdə toxumları əkir. Gec-tez yetişən sortdan asılı olaraq selofana bükürlər və orada sabit bir temperatur yaranır. Nəticədə örtük altında bu bitki vaxtından əvvəl inkişaf etməyə başlayır. Yəni təbiətin bitkiyə verdiyi biomühit amillərini süni şəkildə yaradırlar. Gübrəylə bitkini aldadırlar. Deməli, ilk olaraq bitkinin istiliyi qorunur, sonra da qidalandırılır. Qidalandırma zamanı yem gübrələrindən istifadə olunur. Əslində bütün bitkilərə gübrə verilir. Bunlar mineral, kimyasal gübrələrdir ki, həm bitkini, həm də torpağı qidalandırır. Bitki torpaqdan bütün mineralları, vitaminləri tələb edir. Bunu biz mineral gübrəylə torpağa veririk ki, bitki normal fizioloji inkişafına çata bilsin. Nə zaman ki, təsərrüfatçı bunun verilmə qaydasını bilmir, bitkiyə normadan artıq üzvi gübrə verir, təbii ki o bitkidə həddindən artıqnitratlar toplanır. Belə bitkini, tərəvəzi yeyən insanda mədə-bağırsaq pozğunluğu yaranır. Ona görə də hər bir fermer bunun normasını bilməlidir. Tutaq ki, 1 hektar sahədə əkilən qarpıza nə qədər gübrə verilməli olduğundan xəbərdar olmalıdır".

Ekspert onu da əlavə etdi ki, Azərbaycanda yetişdirilən bitkilərin gübrələnməsinə nəzarət mexanizmi yoxdur: "Azərbaycanda 1 milyon 300 min fermer var. Azad bazar iqtisadiyyatı var. Kim nə istəyir əkir. Sovet dövründə buna bir nəzarət var idi. Amma bu gün nəzarət yoxdur. "Mənim iki hektarım var, özüm bilərəm nə əkirəm" - prinsipi irəli sürülür. Ona görə də, nəzarəti təmin etmək mümkün deyil. Burada əsas problem odur ki, insanlar iyul ayına qədər qarpız alırlar, amma bütün qarpızlara da "zəhərlidir" demək olmaz. Bununla bütün istehsalçıların əməyini yerə vurmuş olarıq.  Sadəcə, hansısa istehsalçı o normativləri keçib və həddindən artıq gübrə verib ".

“Kardaşyan” həbs edildi like
  • 11 İyl 19:24  
Digərləri “Kardaşyan” həbs edildi

Sosial şəbəkədə paylaşdığı fotolarla "Kim Kardaşyan" ləqəb

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 11 İyl 19:21  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Murtuzəli Müslimov Yaşar Doğu turnirinin yarımfinalında like
  • 11 İyl 19:20  
Digərləri Murtuzəli Müslimov Yaşar Doğu turnirinin yarımfinalında

Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzr

arrow Ətraflı
Merkelin səhhəti Danimarkanın baş nazirini ayaq üstə qarşılamağa imkan vermədi like
  • 11 İyl 19:19  
Dünya Merkelin səhhəti Danimarkanın baş nazirini ayaq üstə qarşılamağa imkan vermədi

Almaniyada səfərdə olan Danimarkanın baş nazirinin qarşılanma mərasimi k

arrow Ətraflı
Səbail - Universitatea: Start heyətlər like
  • 11 İyl 19:17  
İdman Səbail - Universitatea: Start heyətlər

Avropa Liqası I Təsnifat mərhələsinin ilk oyunları çərçivə

arrow Ətraflı
Abşeronda avtomobil yandı like
  • 11 İyl 19:14  
Digərləri Abşeronda avtomobil yandı

Abşeron rayonunda "Geely" markalı minik avtomobilinin idarəetmə l

arrow Ətraflı
Jurnalist yazıları müsabiqəsi ilə bağlı iclas olub like
  • 11 İyl 19:09  
Digərləri Jurnalist yazıları müsabiqəsi ilə bağlı iclas olub

Azərbaycan Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə bi

arrow Ətraflı
Güneldən atasına albom kimi təbrik like
  • 11 İyl 18:59  
Şou-biznes Güneldən atasına albom kimi təbrik

Müğənni Günel Zeynalova atası Rəhman Zeynalovun doğum gününü İnstaqra

arrow Ətraflı
Nazirin birinci müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub like
  • 11 İyl 18:58  
Digərləri Nazirin birinci müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli

arrow Ətraflı
Günəşdə maqnit qasırğası olub like
  • 11 İyl 18:54  
Digərləri Günəşdə maqnit qasırğası olub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika R

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 11 İyl 18:49  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

İyulun 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Çində avtobus daşların altında qaldı - 8 ölü like
  • 11 İyl 18:47  
Digərləri Çində avtobus daşların altında qaldı - 8 ölü

Çinin cənub-qərbindəki Sıçuan əyalətində hərəkətdə olan avtobusun

arrow Ətraflı
REALın nağılının əvvəli və sonu  "Politşou" təqdim edir like
  • 11 İyl 18:41  
Siyasət REALın nağılının əvvəli və sonu "Politşou" təqdim edir

Trend İnformasiya Agentliyi рolitoloq Elçin Alıoğlunun "Politşou"

arrow Ətraflı
Daha bir təyyarə qəzası  Bu dəfə Tailandda like
  • 11 İyl 18:39  
Dünya Daha bir təyyarə qəzası Bu dəfə Tailandda

Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ölkənin şimalında qə

arrow Ətraflı