Merkelin səhhəti Danimarkanın baş nazirini ayaq üstə qarşılamağa imkan vermədi


Dünya 11 İyl 2019 19:19:00 245 0

Merkelin səhhəti Danimarkanın baş nazirini ayaq üstə qarşılamağa imkan vermədi

Almaniyada səfərdə olan Danimarkanın baş nazirinin qarşılanma mərasimi keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Almaniya kansleri Merkelin səhhəti Danimarkanın baş naziri Mette Frederikseni ayaq üstə qarşılamağa imkan verməyib.

Belə ki, rəsmi qarşılanma mərasimi zamanı A. Merkel baş naziri oturaraq qarşılayıb. Danimarkanın baş naziri də Almaniya kanslerinin yanında əyləşib. 

Qeyd edək ki, dünən Berlində Finlandiya baş naziri Antti Rinnenin rəsmi qarşılanma mərasimində A. Merkelin səhhətində problem yaranıb.