Leyla Abdullayeva: "Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər"


Siyasət 11 İyl 2019 18:27:00 62 0

Leyla Abdullayeva: "Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər"

Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal Nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması məsələsini qeyd edib.

Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Trend-ə açıqlama verib.

L.Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir:

"İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz.

Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər".

Rüfət və Səbuhi Abdullazadə “Sumqayıt” ilə 3 illik müqavilə imzalayıb like
  • 11 İyl 18:25  
Digərləri Rüfət və Səbuhi Abdullazadə “Sumqayıt” ilə 3 illik müqavilə imzalayıb

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqa

arrow Ətraflı
Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır like
  • 11 İyl 18:22  
Siyasət Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı S

arrow Ətraflı
“Ağdam bandası”ndan XƏBƏR VAR like
  • 11 İyl 18:19  
Kriminal “Ağdam bandası”ndan XƏBƏR VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətm

arrow Ətraflı
Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır like
  • 11 İyl 18:18  
Digərləri Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı S

arrow Ətraflı
Bakıda DƏHŞƏT like
  • 11 İyl 18:14  
Digərləri Bakıda DƏHŞƏT

Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası

arrow Ətraflı
ABŞda dollar yağışı like
  • 11 İyl 18:09  
Dünya ABŞda dollar yağışı

ABŞ-ın Corciya ştatında pul daşıyan zirehli maşın hərəkətdə olan qap

arrow Ətraflı
Bakıda AzərbaycanFransa biznes forumu keçirilib like
  • 11 İyl 18:07  
Digərləri Bakıda AzərbaycanFransa biznes forumu keçirilib

İyulun 11-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi,

arrow Ətraflı
Sürücülərin DİQQƏTİNƏ: like
  • 11 İyl 18:04  
Digərləri Sürücülərin DİQQƏTİNƏ:

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqəd

arrow Ətraflı
İkinci ərindən də ayrılan Sevda: like
  • 11 İyl 17:59  
Şou-biznes İkinci ərindən də ayrılan Sevda:

İkinci həyat yoldaşı Cəmildən də ayrılan Sevda Sanəliyeva "5/5&qu

arrow Ətraflı
Elmar Məmmədyarov: "Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq" like
  • 11 İyl 17:57  
Siyasət Elmar Məmmədyarov: "Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq"

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqlar

arrow Ətraflı
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam etdirilir (FOTO) like
  • 11 İyl 17:54  
Digərləri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam etdirilir (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsind

arrow Ətraflı
“Ərin səndən ayrılıb, ailəsinə qayıtdı?” like
  • 11 İyl 17:49  
Şou-biznes “Ərin səndən ayrılıb, ailəsinə qayıtdı?”

Müğənni Sevda Sanəliyeva "5/5" verilişinin qonağı olub.

arrow Ətraflı