İkinci ərindən də ayrılan Sevda:


Şou-biznes 11 İyl 2019 17:59:00 255 0

İkinci ərindən də ayrılan Sevda:

İkinci həyat yoldaşı Cəmildən də ayrılan Sevda Sanəliyeva "5/5"də maraqlı açıqlamalar edib.

Son.az xəbər verir ki, xanım ifaçı sənət adamı ilə ailə quran şəxslərin öncədən "yüz ölçüb, bir biçmək"lərinin vacibliyini qeyd edib.

Sevda sənət adamı ilə evlənən istər kişi, istərsə də qadının hər cür mənfi situasiyaya hazır olmağını diqqətə çatdırıb:

"Biri sənətçi ilə ailə quranda, fərq eləmir müğənnidir, musiqiçidir, başadüşməlidir ki, bu sənətdədir. Bu sənətdə bu da olacaq, o da olacaq. Ekranda hansısa ikili də göstəriləcək, gecə saat 3-də zəng də gələcək, mesaj da gələcək. Göz qabağındadır da nə olur, nə olmur. Yəni bizim işimiz budur. Buna dözəcəksənsə evlən". 


Xəbərə aid fotolar