“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam etdirilir (FOTO)


Digərləri 11 İyl 2019 17:54:00 190 0

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam etdirilir (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib.

Bakı. “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda təşkil edilən panel Türkiyənin “İzmir Katib Çelebi” Universitetinin rektoru Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatorluğu ilə keçirilib. Paneldə “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri”; “Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti; “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”; “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”; “Qədim orucluq ayini və siriu-şira kultu”; “Azərbaycanda tolerantlıq, dini və etnik rəngarənglik keçmişdən bu günə (Şirvanşahlar Dövlətinin nümunəsində)”; “Batum Müslümanları (1918-1921)”; “Azərbaycanın XVIII – XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”; “İslam numizmatikasının inciləri – Sacilər dövrünə aid Azərbaycan sikkələri”; “Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)”; “Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu”; “Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum” mövzularında məruzələr dinlənilib. “Qafqazda İslam elmlərinin inkişafı” mövzusunda baş tutan ikinci paneldə moderatorluğu Bilecik Universitetinin qurucu rektoru, professor Azmi Özcan və İstanbul Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir edib. Məruzəçilər “Cessas ve Erdebili’nin Tefsirleri Işığında Ahkam Ayetlerine Bakışta Şii ve Sünni Yaklaşımlar Üzerine”; “Axund Mir Məhəmməd Kərim Bakuvinin dini vəhdət anlayışı və təmsil etmə təcrübəsi”; “Naxçıvanın görkəmli İslam alimləri”; “Kafkasya'da dini düşüncede yenilenme anlayışının temel fikirleri ve Hüseyinzade Ali”; “Qurani-Kərim”in qiraət tarixi (Həzrət Peyğəmbər (s) və Raşidi xəlifələr (r.a.) dövrü)”; “Mədəni maarifçi Qafqaz şeyxi Şeyxülislam Axund Məhəmmədəli Fərəculla Pişnamazzadənin yenilik uğrunda mübarizəsi”; “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu”; “Ərəb dilçiliyinin formalaşması və inkişafına İslamın təsiri”; “Son dönəm Qafqaz alimlərindən Müslüm əl-Uradi”; “Molla Sədra düşüncəsində fəlsəfə-din münasibəti”; “VIII-XIX əsrlərdə yaşamış azərbaycanlı fəqihlər” mövzularında çıxışlar ediblər. Günün birinci hissəsində “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda təşkil olunan sonuncu paneldə Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi, dosent Olqa Radova, Corciya Universiteti Din kafedrasının müəllimi, dosent Alan Godlas moderatorluq ediblər.