Bakıda iki avtobus toqquşdu


Digərləri 11 İyl 2019 17:44:00 208 0

Bakıda iki avtobus toqquşdu

Hava limanı yolunda avtobus qəzası baş verib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, "Koroğlu" metrosundan Şüvəlan kəndi istiqamətində hərəkət edən 136 nömrəli avtobus Sabunçu dairəsində qəzaya düşüb. Belə ki, dayanacaqdakı həmin avtobus digər avtobusla toqquşub.

Nəticədə 136 saylı avtobusun arxa şuşələri qırılıb. Qəza zamanı xəsarət alan olmasa da avtobusun qırılan şüşəsi sərnişinlərin üzərinə tökülüb. Hadisə yerindən fotoları təqdim edirik:


Xəbərə aid fotolar