Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib (FOTO)


Digərləri 11 İyl 2019 17:45:00 67 0

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib (FOTO)

Bakı Biznes Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilib.

Bakı. İyulun 11-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə Azərbaycan-Fransa biznes forumu keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən İqtisadiyyat naziri bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyildir ki, 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4%-i məhz Azərbaycanın payına düşüb. 2019-ci ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53%-dən çox artıb. Nazir qeyd edib ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturununun diversifikasiyası, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlığı qeyd edən nazir Şahin Mustafayev Azərbaycan tərəfindən Fransaya 2,6 milyard ABŞ dolları, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dollarından artıq investisiya yatırıldığını qeyd edib. Şahin Mustafayev Fransa ilə iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığı diqqətə çatdırıb və bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Vurğulanıb ki, “Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Aİ şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının bu ilki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i “Azərbaycana yenidən investisiya qoyardızmı?” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi v­ə sosial sabitliyi yüksək qiymətləndiriblər.
Bakıda iki avtobus toqquşdu like
  • 11 İyl 17:44  
Digərləri Bakıda iki avtobus toqquşdu

Hava limanı yolunda avtobus qəzası baş verib.

arrow Ətraflı
Elmar Məmmədyarov: Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq like
  • 11 İyl 17:39  
Digərləri Elmar Məmmədyarov: Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq

Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dun

arrow Ətraflı
“Eltonun ailəsini dağıdırdı” like
  • 11 İyl 17:39  
Şou-biznes “Eltonun ailəsini dağıdırdı”

"Heç kim süddən çıxmış ağ qaşıq deyil. Deyir ki, Təranə ilə ma

arrow Ətraflı
Abşeronda “Geely” yanıb like
  • 11 İyl 17:33  
Digərləri Abşeronda “Geely” yanıb

Abşeron rayonunda “Geely” markalı minik avtomobilinin idarəetmə lövhəs

arrow Ətraflı
Gəncədə şəhid polislərin xatirəsi anılıb (FOTO) like
  • 11 İyl 17:27  
Digərləri Gəncədə şəhid polislərin xatirəsi anılıb (FOTO)

Ötən il Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşıs

arrow Ətraflı
Hacıqabulda ağır qəza: like
  • 11 İyl 17:24  
Digərləri Hacıqabulda ağır qəza:

Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması like
  • 11 İyl 17:20  
Digərləri Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması

Dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 ilinin

arrow Ətraflı
Vüqar Muradovun Şəbnəmlə səmimi like
  • 11 İyl 17:19  
Şou-biznes Vüqar Muradovun Şəbnəmlə səmimi

Müğənni Vüqar Muradov teleaparıcı Şəbnəm Həsənova ilə səmimi fotosu

arrow Ətraflı
Newcastle-ın yeni baş məşqçisi müəyyənləşdi like
  • 11 İyl 17:16  
İdman Newcastle-ın yeni baş məşqçisi müəyyənləşdi

İngiltərə Premyer Liqasında çıxış edən Newcastle

arrow Ətraflı
Rövşən Rzayev: "Təcavüzkar Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla..." like
  • 11 İyl 17:14  
Siyasət Rövşən Rzayev: "Təcavüzkar Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla..."

Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı

arrow Ətraflı
İyulun 12-nə manatın məzənnəsi like
  • 11 İyl 17:13  
Digərləri İyulun 12-nə manatın məzənnəsi

İyulun 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Bakı sakinləri qorxu içində like
  • 11 İyl 17:09  
Digərləri Bakı sakinləri qorxu içində

Bakı küçələrində sahibsiz heyvanlar sakinləri narahat edir. Küçə itlə

arrow Ətraflı
Kredit Bürosunda kredit təşkilatlarının keçirdiyi sorğuların sayı 37 faiz artıb like
  • 11 İyl 17:07  
Digərləri Kredit Bürosunda kredit təşkilatlarının keçirdiyi sorğuların sayı 37 faiz artıb

İyunun sonuna olan məlumata əsasən Azərbaycan Kredit Bürosu ilə müqavil

arrow Ətraflı