“Eltonun ailəsini dağıdırdı”


Şou-biznes 11 İyl 2019 17:39:00 241 0

“Eltonun ailəsini dağıdırdı”

"Heç kim süddən çıxmış ağ qaşıq deyil. Deyir ki, Təranə ilə maraqlanmıram, amma mənim sevgilimin həyat yoldaşı dediyi insanla "WhatsApp"da yazışır. O, qadın həqiqətən var. Amma sevgilim onunla mənimlə tanış olmamışdan öncə ayrılıb".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Lent.Az"ın canlı yayımında prodüser Təranə Səmədova müğənni Rəqsanə İsmayılovanın iddialarına cavab olaraq söyləyib:

Prodüser daha sonra sözlərinə belə davam edib:

"Haqqımda o qədər çirkin danışır ki, onunla necə barışım? Həyat yoldaşın sənin belə danışığına necə yanaşır? Sevgilim ofisiant işləyir, bazarda işləyir. Bu, mənim seçimimdir. Bundan sənə nə? Həyatımda olan insan mənə deyir ki, danışma. O qədər susuram ki, deyəcəklər ki, qorxan yerim var".