“Mən dayanmışdım, tormoz tutmadı” 5 nəfərin yaralandığı DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ


Digərləri 11 İyl 2019 17:29:00 204 0

“Mən dayanmışdım, tormoz tutmadı”  5 nəfərin yaralandığı DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobillə, Qaxın Almalı kənd sakininin idarə etdiyi "VAZ-2107" markalı digər avtomobil toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü və avtomobildə olan sərnişinlər 49 yaşlı Əliyev Elmir Məhəmməd oğlu, 54 yaşlı Əfəndiyev Əhməd Nüsrət oğlu, 20 yaşlı Musayeva Çinarə Şahin qızı, 58 yaşlı Nəsibova Züleyxa Şirin qızıxəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məmmədvəli Nəsibov: "Yolu keçmişdim, yüksək sürətlə gəldi dəydi. Mən dayanmışdım. Maşın hərəkətdə deyildi. Tormoz tutmadı, heç izi də yoxdur".

Faktla bağlı araşdırma aparılır.

Son.az 


Xəbərə aid fotolar