Bir ailənin 4 üzvü göbələkdən zəhərləndi


Dünya 11 İyl 2019 17:04:00 278 0

Bir ailənin 4 üzvü göbələkdən zəhərləndi

Moskva ətrafında bir ailənin 4 üzvü göbələkdən zəhərlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ailə üzvləri yığdıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər.

İlkin olaraq 65 yaşlı nənə və 3 yaşlı nəvə xəstəxanaya yerləşdirilib. Daha sonra onlar helikopterlə təcili Moskvaya çatdırılıblar. Azyaşlının hələ də reanimasiya şöbəsində olduğu qeyd edilir.

Digər zəhərlənən şəxslər 67 yaşlı kişi və 19 yaşlı qızın vəziyyətləri orta ağır qiymətləndirilir.