Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub


Digərləri 11 İyl 2019 16:50:00 66 0

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

Zakir Qaralov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayaraq müstəqillik əldə etdikdən sonra xalqımızın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə qonaqları məlumatlandırmışdır. Daha sonra xalqımızın ağrılı yeri olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə qondarma “məhkəmələrin” qurulduğunu bildirmiş, Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olmasını Dunya Miyatoviçin diqqətinə çatdırmışdır. Ölkəmizlə bağlı xoş təəssuratlarını bildirən xanım Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları üzrə komisarı vəzifəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin həlli istiqamətində səylərini əsirgəməyəciyini vurğulamış, Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkəmizdə vəkillərin fəaliyyəti ilə bağlı danışmışdır.
Xəyyam bu dəfə Alabinanın yanında like
  • 11 İyl 16:49  
Şou-biznes Xəyyam bu dəfə Alabinanın yanında

Müğənni Xəyyam Nisanov bu dəfə dünya şöhrətli ifaçı Alabina ilə bir

arrow Ətraflı
Minskdə qız üstündə adam öldürən Rüstəmə hökm oxundu like
  • 11 İyl 16:44  
Kriminal Minskdə qız üstündə adam öldürən Rüstəmə hökm oxundu

Belarusun Minsk şəhərinin Zavodskoy rayon məhkəməsi 18 yaşlı Azərbaycan

arrow Ətraflı
Ağcabədidə 4 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur (FOTO) like
  • 11 İyl 16:40  
Digərləri Ağcabədidə 4 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur (FOTO)

Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşay

arrow Ətraflı
Bakıda mənzildə 83 yaşlı kişinin meyiti tapılıb like
  • 11 İyl 16:39  
Kriminal Bakıda mənzildə 83 yaşlı kişinin meyiti tapılıb

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasın

arrow Ətraflı
Yol polisi avtomobili saxladı, içindən çıxanlar təəccübləndirdi like
  • 11 İyl 16:34  
Digərləri Yol polisi avtomobili saxladı, içindən çıxanlar təəccübləndirdi

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində

arrow Ətraflı
Axşam bu prospektlərə də "Sarı zolaq" çəkiləcək like
  • 11 İyl 16:30  
Digərləri Axşam bu prospektlərə də "Sarı zolaq" çəkiləcək

XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən m

arrow Ətraflı
Bakıda polkovnikin oğlu faciəvi şəkildə öldü like
  • 11 İyl 16:26  
Kriminal Bakıda polkovnikin oğlu faciəvi şəkildə öldü

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Ukraynalı aparıcının Bakıda hoteldə yataq görüntüləri yayıldı like
  • 11 İyl 16:22  
Şou-biznes Ukraynalı aparıcının Bakıda hoteldə yataq görüntüləri yayıldı

Ukraynanın məşhur aparıcısı Anna Dolgix "Lyubov nitsa (Любовь

arrow Ətraflı
Tailandda təyyarə qəzaya uğradı like
  • 11 İyl 16:19  
Digərləri Tailandda təyyarə qəzaya uğradı

Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ölkənin şimalında qə

arrow Ətraflı
Axtarışda olan 19 nəfər saxlanıldı like
  • 11 İyl 16:17  
Kriminal Axtarışda olan 19 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı