Minskdə qız üstündə adam öldürən Rüstəmə hökm oxundu


Kriminal 11 İyl 2019 16:44:00 245 0

Minskdə qız üstündə adam öldürən Rüstəmə hökm oxundu

Belarusun Minsk şəhərinin Zavodskoy rayon məhkəməsi 18 yaşlı Azərbaycan vətəndaşı Rüstəm Rəhimova hökm oxuyub.   Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Aviasiya Akademiyasının tələbəsi olan Rəhimov 21 yaşlı Aleksey Krivoşeyi qətlə yetirməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan əlavə, Rəhimov Krişoveyin valideynlərinə ayrılıqda 70 min rubl, qardaşı ilə nənəsinə də ayrılıqda 50 min rubl ödəməli olacaq.

Xatırladaq ki, qətl hadisəsi 12 noyabr 2018-ci ildə Aviasiya Akademiyasının qarşısında baş verib. Tərəflər arasında dava qıza görə olub. Belə ki, Rüstəm keçmiş sevgilisinin Alekseylə görüşdüyünü öyrəndikdən sonra onu görüşə çağırıb. 

Rəhimov görüş yerinə 7, Krivoşey isə 2 dostu ilə gəlib. İstintaqla müəyyən edilib ki, Rüstəm Alekseyi dəfələrlə təpiklədikdən sonra bir dəfə bıçaqlayıb. Sonuncu şəxs hadisə yerindəcə vəfat edib. 


Xəbərə aid fotolar