Heydər Əliyev Fondu Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri nəzarətinə götürüb


Siyasət 11 İyl 2019 16:29:00 260 0

Heydər Əliyev Fondu Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri nəzarətinə götürüb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Fonddan bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.