Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları birgə anlaşma memorandumu imzalayıb


Digərləri 11 İyl 2019 16:14:00 205 0

Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları birgə anlaşma memorandumu imzalayıb

“Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.

Bakı. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə iyulun 11-də Tbilisidə “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün “Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib. Hesablama Palatasının mətbuat xidmətindən Trend-ə bildirilib ki, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Layihənin açılış mərasimində Hesablama Palatasının sədri V.Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarusun Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GIZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmiləri çıxış ediblər. Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün “Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” adlı layihəsi “Şərq tərəfdaşlığı” ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və ali audit qurumlarının əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.