Hacıqabulda naməlum avtomobil piyadanı vurub öldürdü


Digərləri 11 İyl 2019 15:54:05 186 0

Hacıqabulda naməlum avtomobil piyadanı vurub öldürdü

Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 4 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Cavanşir Qəmbərov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.