Həyətindən çətənə kolları, evindən digər narkotiklər tapıldı


Digərləri 11 İyl 2019 15:39:06 233 0

Həyətindən çətənə kolları, evindən digər narkotiklər tapıldı

Cəlilabad rayon sakininin həyətindən çətənə kolları, evindən isə qurudulmuş marixuana və digər narkotik vasitələr aşkar edilib.

Bakı. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətindən çətənə kolları evindən isə qurudulmuş marixuana və digər narkotik vasitələr aşkar edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Əmrah Zülfiqarovun yaşadığı evə və həyətyanı sahəsinə keçirdikləri baxış zamanı oradan 24 ədəd çətənə kolu, 2 kiloqram 131 qram qurudulmuş maixuana, həmçinin çətənə tumları, heroin, narkotik vasitələrin alqı-satısında istifadə edilən 1 ədəd elektron tərəzi və qurudulmuş marixuananı istifadəyə hazırlamaq üçün xüsusi aparat aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.