“Kaspersky Lab” və İnterpol kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığa davam edir


Digərləri 11 İyl 2019 15:07:26 184 0

“Kaspersky Lab” və İnterpol kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığa davam edir

"Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperski və İnterpolun hüquq-mühafizə orqanları ilə iş üzrə icraçı direktoru Tim Morris beş illik əməkdaşlıq müqaviləsi imzalayıblar.

Bakı. "Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperski və İnterpolun hüquq-mühafizə orqanları ilə iş üzrə icraçı direktoru Tim Morris beş illik əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, "Kaspersky Lab" mütəxəssisləri İnterpola kibercinayətlərin araşdırılmasında yardım edəcək, zabitlər üçün təlimlər keçirəcək, şirkət tərəfindən aşkar edilmiş ən son kibertəhlükələr və onları araşdırmaq yolları barədə məlumatları təqdim edəcəklər. İmzalanma mərasimi İndoneziyada keçirilən “Interpol World 2019” konfransı çərçivəsində baş tutub. Bu, tərəflər arasında imzalanmış ikinci müqavilədir. Qeyd edək ki, ilk belə müqavilə 2014-cü ildə imzalanıb. Bu müqavilə “Kaspersky Lab” və İnterpol əməkdaşlığını gücləndirir, çünki aktual məlumat və texnologiyaların təmin edilməsi vasitəsilə beynəlxalq hüquq mühafizə orqanına kibercinayətkarlıq faktlarının araşdırmasında dəstək verir. "Mürəkkəb təhdidlərin sayı artıqca beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti də artır. Biz İnterpol ilə əməkdaşlığımızı davam etdirəcəyimizi sevinclə elan edir və bu təşkilata kibercinayətkarlıqla mübarizə üçün lazım olan məlumatları və texnologiyaları istifadə etmək imkanı yaradırıq”, - deyə “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeniy Kasperski bildirib.