KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək (FOTO)


Digərləri 11 İyl 2019 14:32:00 213 0

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Yanq Holdinqs” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Yanq Holdinqs” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Trend-in məlumatına görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri İlqar Vəliyev imzalayıblar. Memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, o cümlədən “Ernst & Yanq Holdinqs”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.